НАТО-nun yeni strategiyası: Rusiya ərazisinin dərinliklərinə zərbələr endirilməsi nəzərdə tutulur

НАТО Rusiyaya qarşı çəkindirmə və cavab tədbirləri üzrə yanaşmalarını köklü şəkildə yenidən qiymətləndirir. Yeni konsept məhdudiyyətlərdən imtina edilməsini və Rusiya ərazisinin dərinliklərinə zərbələr endirilməsini nəzərdə tutur.

Realist.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Alyans rəsmilərinin fikrincə, Rusiya qüvvələrinin qarşısının alınması yalnız sərhədi keçə biləcək qoşunların məhv edilməsi ilə məhdudlaşmamalıdır. Strategiya cəbhə xəttindən kənarda — Rusiya ərazisində yerləşən hərbi bazaların, təchizat anbarlarının və sənaye obyektlərinin vurulmasını əhatə edir.

Yüksək dəqiqlikli uzaq mənzilli silahlar və Qrinkeviçin “Qələbə nəzəriyyəsi”

Planın mərkəzində həm baha başa gələn, həm də daha əlçatan yüksək dəqiqlikli uzaq mənzilli silahlar dayanır. ABŞ son zamanlar “Tomahawk” qanadlı raketləri və “ATACMS” raketləri də daxil olmaqla uzaq mənzilli raket xəttini modernləşdirir, həmçinin yeni sistemlər işləyib hazırlayır.

НАТО-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı, ABŞ Hərbi Hava Qüvvələrinin generali Qrinkeviç Alyansın “qələbə nəzəriyyəsi” konseptini təqdim edib. Sənəd olası hücum zamanı üç mərhələni nəzərdə tutur:

  1. İlkin zərbənin dəf edilməsi: Düşmənin ilk hücum dalğasının qarşısının alınması;

  2. Hücumun bloklanması: Əməliyyatların davam etdirilməsinə imkan verilməməsi;

  3. Döyüş qabiliyyətinin zəiflədilməsi: Düşmənin hərbi potesialının sıradan çıxarılması.

General Qrinkeviç Avropada hərbi münaqişəni qaçılmaz və ya yaxın hesab etmədiyini, lakin blokun “ehtimal olunana deyil, mümkün olana hazırlaşmalı olduğunu” vurğulayıb. O əlavə edib ki, НАТО düşmənin strateji məğlubiyyətinə can atmır, əsas məqsəd Alyans ərazilərinin tutulmasına imkan verməməkdir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın