"TAHTAL MEDİA" MMC Azərbaycan mərkəzli, beynəlxalq auditoriyaya yönəlmiş yeni nəsil media qrupudur. 2025-ci ildə təsis olunan "TAHTAL MEDİA" MMC müasir media texnologiyalarını, peşəkar jurnalistikanı və çoxdilli informasiya imkanlarını vahid platformada birləşdirərək Azərbaycan, region və dünya gündəmini müxtəlif auditoriyalara çatdırmağı qarşısına məqsəd qoyur.
Qrupun fəaliyyəti müxtəlif coğrafi əhatə dairəsinə və auditoriya profilinə malik media platformaları vasitəsilə həyata keçirilir. Bu platformalardan biri olan Realist xəbər portalı "TAHTAL MEDİA" MMC-nin media portfelinə daxildir və qrupun vahid media ekosisteminin tərkib hissəsi kimi fəaliyyət göstərir.
"TAHTAL MEDİA" MMC üçün müasir medianın əsas üstünlüyü yalnız xəbəri çatdırmaq deyil, hadisələri düzgün kontekstdə təqdim etmək, müxtəlif mənbələrdən əldə edilmiş məlumatları araşdırmaq və auditoriyaya anlaşılan, etibarlı və dəyər yaradan informasiya təqdim etməkdir.
Qrupa daxil olan media platformaları Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınmış və Media Reyestrinə daxil edilmiş media subyektləridir.
Missiyamız
"TAHTAL MEDİA" MMC-nin əsas missiyası dəqiq, etibarlı və faktlara əsaslanan informasiyanı müasir media imkanlarından istifadə etməklə geniş auditoriyalara çatdırmaqdır.
Biz Azərbaycanı, regionu və dünyanı əhatə edən prosesləri yalnız operativ şəkildə işıqlandırmağı deyil, eyni zamanda onların siyasi, iqtisadi, sosial və beynəlxalq əhəmiyyətini auditoriyaya daha aydın şəkildə təqdim etməyi hədəfləyirik.
Xüsusi diqqət yetirdiyimiz istiqamətlərdən biri Azərbaycan haqqında düzgün, faktlara əsaslanan və peşəkar məlumatların beynəlxalq auditoriyaya çatdırılmasıdır. Bu çərçivədə Azərbaycanın siyasi, iqtisadi, investisiya, turizm, mədəniyyət və sosial potensialının daha geniş coğrafiyada tanıdılmasına töhfə verməyi qarşıya məqsəd qoyuruq.
Dəyərlərimiz
"TAHTAL MEDİA" MMC üçün media yalnız informasiya ötürən vasitə deyil, cəmiyyət, biznes, dövlət və beynəlxalq auditoriyalar arasında informasiya körpüsü yaradan strateji kommunikasiya platformasıdır.
Biz müasir texnologiyalardan, çoxdilli media imkanlarından və peşəkar insan kapitalından istifadə etməklə Azərbaycanın və regionun gündəmini daha geniş dünyaya çatdıran, beynəlxalq informasiya məkanında özünəməxsus mövqeyə malik media qrupu formalaşdırmağı qarşıya məqsəd qoyuruq.
Rəhbərlik

Baş Direktor
Azər Cabbarov – Azərbaycan media məkanında uzunillik peşəkar fəaliyyəti, zəngin idarəçilik təcrübəsi və yaradıcı yanaşması ilə seçilən media meneceri, prodüser, ssenarist, rejissor və redaktordur.
17 fevral 1970-ci ildə Bakı şəhərində anadan olan Azər Cabbarov 1989-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1990–1996-cı illərdə isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir.
Peşəkar fəaliyyətinə media və televiziya sahəsində başlayan A. Cabbarov karyerası ərzində Azərbaycanın aparıcı televiziya kanalları və media qurumlarında müxtəlif rəhbər vəzifələrdə çalışaraq, bu sahənin inkişafına mühüm töhfələr vermişdir.
O, “Space TV”də icraçı direktor (2000–2006), AzTV-də “Səhər” proqramının baş redaktoru və “Müəllif proqramları” departamentinin rəisi, “Mədəniyyət TV”də proqram direktoru (2007–2017), “ASAN Radio”da proqram və marketinq direktoru (2016–2017), “Caspium Group”da icraçı direktor (2017–2020) və “Xəzər TV”də baş direktorun televiziya məsələləri üzrə müşaviri (2020–2022) vəzifələrini icra etmişdir.
Onun fəaliyyətində yalnız idarəçilik deyil, yaradıcı media istehsalı və peşəkar kadrların yetişdirilməsi də mühüm yer tutur. 2007–2014-cü illərdə Bakı Slavyan Universitetində pedaqoji fəaliyyət göstərərək jurnalistika və media sahəsində gənc nəslin formalaşmasına öz töhfəsini vermişdir.
“Baku.TV”də fəaliyyətindən sonra yenidən “Space TV”yə qayıdan Azər Cabbarov bu dəfə proqram direktoru vəzifəsinə təyin edilmişdir. Müxtəlif media platformalarında qazandığı çoxillik təcrübə, strateji idarəçilik bacarığı və yaradıcı yanaşması ona Azərbaycan media və televiziya mühitində geniş peşəkar təcrübə formalaşdırmağa imkan vermişdir. A.Cabbarov hal-hazırda peşəkar təlimçi kimi öz fəaliyyətini uğurla davam etdirir.
Bu gün Azər Cabbarov "TAHTAL MEDİA" MMC-nin Baş Direktoru kimi qrupun inkişaf strategiyasının həyata keçirilməsinə, media platformalarının idarə olunmasına və yeni media layihələrinin formalaşdırılmasına rəhbərlik edir.
Azərbaycan dili ilə yanaşı, rus, ingilis və türk dillərini sərbəst bilir. Ailəlidir, iki övladı var.
