Reklam

Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi əsaslarını müəyyənləşdirən, milli dövlətçilik ənənələrini və demokratik cəmiyyət quruculuğunun fundamental prinsiplərini özündə əks etdirən ali hüquqi sənəddir.

Bunu Milli Məclisin deputatı Mircəlil Qasımlı Realist.az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunda yeni mərhələnin əsasını qoyub.

Onun sözlərinə görə, Konstitusiya dövlətin ali hüquqi sənədi olmaqla yanaşı, xalqın iradəsini, milli maraqlarını, azadlıq və ədalət prinsiplərinə sadiqliyini də özündə əks etdirir. İnsan hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyi, vətəndaşların hüquq bərabərliyi, dövlətlə cəmiyyət arasında qarşılıqlı məsuliyyət Əsas Qanunun başlıca dəyərlərindəndir.

Mircəlil Qasımlı vurğulayıb ki, güclü dövlətin təməlində yalnız möhkəm qanunvericilik bazası deyil, həm də qanunlara hörmət edən, öz hüquq və vəzifələrini dərk edən vətəndaş cəmiyyəti dayanır.

Deputat bildirib ki, Konstitusiyaya hörmət dövlətçiliyə, milli birliyə və ölkənin gələcəyinə hörmət deməkdir.

Sonda Mircəlil Qasımlı 12 Noyabr – Konstitusiya Günü münasibətilə xalqımızı təbrik edib, müstəqil dövlətimizə davamlı inkişaf, cəmiyyətimizə əmin-amanlıq və firavanlıq arzulayıb.

Şəlalə Camal
Realist.az

Reklam

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın