EZZE — lüks və xüsusi mebel, interyer (reklam)
Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Realist.az xəbər verir ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəza zamanı “Mercedes” markalı yük avtomobillərinin iştirakı ilə toqquşma baş verib. Nəticədə 1993-cü il təvəllüdlü Əliyev Rəmzi Savet oğlu avtomobildə sıxılı vəziyyətdə qalıb və həyatını itirib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücünün meyitini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın