Türkiyədə növbəti prezident seçkisi 2028-ci ilin mart və ya aprel aylarında olacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Mehmet Uçum məlumat verib.
O, növbəti seçkilərdə Ərdoğanın da namizəd olacağını bildirib:
“Növbəti prezident seçkilərinin 2028-ci ilin mart və ya aprel ayında keçirilməsi böyük ölçüdə dəqiqləşib. Prezident Rəcəb Tayyib Ərdoğan növbəti seçkidə sonuncu dəfə namizəd olacaq”.
Reaksiyalar:
© Realist Media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
