ABŞ-nın sülh planına əsasən, Ukraynanın 2027-ci ilin yanvarında Avropa İttifaqına üzv olması nəzərdə tutulur. Lakin Danimarkanın Avropa məsələləri üzrə naziri Mari Bjerre bildirib ki, bu addım Ukraynanın təhlükəsizliyi üçün təkbaşına yetərli deyil.
Nazir deyib ki, AB-yə üzvlük Ukraynanın uzunmüddətli sabitliyi üçün vacibdir, amma real təhlükəsizlik zəmanətləri üçün əlavə mexanizmlər lazımdır.

AB isə vurğulayır ki, üzvlük prosesi tarixlə deyil, islahatların icrası ilə müəyyən olunur. Ukrayna korrupsiya ilə mübarizə və hüququn aliliyi sahəsində islahatlar aparmalıdır.Qeyd edək ki, Macarıstan Ukraynanın AB-yə üzvlüyünə qarşı çıxır. Buna baxmayaraq, AB və Ukrayna texniki danışıqları davam etdirmək barədə razılığa gəlib.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın