İslandiya hökuməti Avropa Komissiyasını ölkənin Avropa İttifaqı ilə bağlı keçiriləcək referendumuna müdaxilə etməməyə çağırıb. Bildirilib ki, avqustun 29-na təyin olunan səsvermənin nəticəsi yalnız vətəndaşların iradəsi əsasında müəyyənləşməlidir.

Baş nazir Kristrun Frostadouttir və xarici işlər naziri Tordis Katrin Qunnarsdouttir Aİ ilə dialoqun davamını dəstəkləsələr də, yekun qərarın referendumun nəticələrindən asılı olacağını vurğulayıblar.

Avropa Komissiyası isə milli seçkilərə və referendumlara təsir göstərmədiyini bəyan edib. Sorğular göstərir ki, İslandiyada Aİ-yə üzvlüyü dəstəkləyənlərlə əleyhdarların sayı demək olar ki, bərabərdir. Referendum müsbət nəticələnsə, gələcəkdə ölkənin Aİ-yə qoşulması ilə bağlı ikinci referendumun keçirilməsi gözlənilir.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın