“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmlərinin 51 %-nə nəzarət etdiyi Özbəkistanın “Davr Bank”ının rəhbərliyi yenidən formalaşdırılıb.

Bununla bağlı qərar yerli bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul olunub.

Belə ki, səhmdarlar “Davr Bank”ın adını “ABB Davr Bank” kimi təsdiqləyiblər, Hazırkı Müşahidə Şurasının səlahiyyətlərinə vaxtından əvvəl xitam veriblər. Belə ki, Bankın təsçisi Lütfulla Ubayev, eləcə də Mirkodir Mirzəyatov, Ətxəm Alimov, Ozoda Əbdürrəhmanova və Şavkat Qiyasov Şuradan kənarlaşdırılıb, onların yerinə ABB-nin İdarə Heyətinin (İH) sədr müavinləri Taleh Tahirli və Aqşin Əmirov, eləcə də müstəqil üzvlər kimi Şəfəq Həsənova, Səid Abdunabiyev və Fərhod Roziyev seçiliblər. Bundan sonra L.Ubayev Şuranın iclaslarında səsvermə hüququ olmadan müşahidəçi kimi iştirak edəcək. O, ABB-nin Bankı nəzarətinə keçirməsindən əvvəl səhmlərinin 46,9%-nə sahib olub, hazırda isə payı 25,5 %-dir.

Bundan başqa, səhmdarların yığıncağında Bankın İH-nin sədr müavini Ravşan Tojiyev və sədr müavini vəzifəsini icra edən Əlişir Qurbanov vəzifələrindən kənarlaşdırılıb, onların yerinə ABB-nin baş direktoru Aynur Süleymanlı və İH sədrinin müşaviri Heybət Qədirov təyin ediliblər. İH-nə Abdumajid Səmədov sədrlik edəcək. Heyətə həmçinin Samarjon Nəzərov və Bankın Risklərin idarə edilməsi departamentinin direktoru Nadir Xəlilov daxildir.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın