Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin (CICA / СВМДА) 7-ci sammiti çərçivəsində Özbəkistan və Türkmənistanın xarici işlər nazirləri – Baxtiyor Saidov və Raşid Meredovla üçtərəfli görüşün keçirildiyini bildirib. Görüş zamanı nəqliyyat və tranzit əlaqələrinin genişləndirilməsi, energetika və ticarət sahələrində əməkdaşlığın gücləndirilməsi, həmçinin regional və bölgələrarası nəqliyyat dəhlizlərinin tam potensialının reallaşdırılması məsələləri müzakirə olunub.

Bundan əlavə, tərəflər dayanıqlı siyasi dialoqun vacibliyini vurğulayıblar. Regional nəqliyyat əlaqələrinin genişləndirilməsi, iqtisadi inkişaf və sabitliyin təmin edilməsi məqsədilə səylərin daha sıx əlaqələndirilməsinin önəmi qeyd edilib.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın