İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində bildirib.

“Prezident İlham Əliyevin güclü rəhbərliyi altında Azərbaycan istər iqtisadiyyat, istərsə də beynəlxalq münasibətlər olsun, bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib”, – o deyib.

O qeyd edib ki, Qazaxıstan Azərbaycanın AQEM-in potensialını gərgin və gözlənilməz dünyada dialoq, etimadın möhkəmləndirilməsi və hərtərəfli əməkdaşlıq üçün unikal platforma kimi gücləndirməyə yönəlmiş dinamik sədrliyini yüksək qiymətləndirir.

Tokayev həmçinin sammiti təşkil etdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edərək, Bakının qədim tarixi və müasir nailiyyətləri özündə birləşdirdiyini qeyd edib.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın