Sabah Binəqədi şosesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq olunacaq.
Məhdudiyyət adıçəkilən ərazidə aparılan təmir işləri ilə əlaqədardır. Oktyabrın 17-si saat 06:00-dan etibarən sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Sürücülərdən sıxlığın və narahatlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələri xahiş olunur.
Reaksiyalar:
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
