Azərbaycan yürütdüyü müstəqil xarici siyasət, həmçinin Türkiyə və İsrail ilə mövcud işgüzar əlaqələri sayəsində iki ölkə arasındakı gərginliyin azaldılmasında mühüm rol oynaya bilər. Bu barədə ABŞ-nin nüfuzlu “The National Interest” nəşri yazıb.

Məqaləyə İsrail Prezidenti İshaq Hersoqun Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüş səbəb olub. Nəşr qeyd edir ki, Bakı Ankara ilə sıx müttəfiqlik əlaqələrini saxlayır, eyni zamanda tərəfdaşlarından daxili siyasətinə müdaxilə etməyi tələb etmədən İsrail ilə də əməkdaşlığı inkişaf etdirir.

“Azərbaycan heç bir dövlətin vassalına çevrilməyəcək”

Məqalə müəllifi Bakının xarici siyasət kursunu müstəqil şəkildə müəyyən etmək əzmində olduğunu vurğulayır:

“Azərbaycan istər düşmən, istərsə də müttəfiq olsun — heç bir böyük dövlətin vassalına çevrilməyəcək.”

“The National Interest”in qiymətləndirməsinə görə, Azərbaycan artıq bundan əvvəl də — xüsusilə Suriya böhranı fonunda — Türkiyə və İsrail arasında ünsiyyət kanallarının açıq qalmasına kömək edib. Materialda həmçinin qeyd olunur ki, energetika marşrutları, müdafiə sazişləri və sıx iqtisadi əlaqələr müəyyən fikir ayrılıqlarına baxmayaraq, Bakı və Ankara arasındakı münasibətləri hər iki tərəf üçün qarşılıqlı faydalı edir.

Dialoq üçün ən uyğun platforma: Bakı

Nəşr hesab edir ki, əgər Türkiyə və İsrail dialoqu bərpa etmək qərarına gələrsə, hər iki tərəflə etibarlı əlaqələri saxlayan Azərbaycan vasitəçilik üçün en ideal məkan ola bilər.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın