Milli Hidrometeorologiya Xidmətindən verilən son məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçsə də, Ordubadın yüksək dağlıq ərazilərinə qar yağıb.
Gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış müşahidə olunub. Oktyabrın 21-i saat 11:00-a olan göstəricilərə görə, bölgələr üzrə düşən yağıntının miqdarı belədir:
-
Ordubad və Lerik: 4 mm
-
Şahbuz, Gədəbəy və Qusar: 2 mm
-
Göygöl, Şəmkir, Daşkəsən, Şəki, Mingəçevir, Yardımlı və Astara: 1 mm
Mütəxəssislər dağlıq ərazilərdə hava şəraitinin dəyişkən keçəcəyi ilə bağlı xəbərdarlıq edirlər.
Reaksiyalar:
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
