Avropa İttifaqı (Aİ) tənzimləyiciləri son günlərdə Fransada baş verən iğtişaşlar, eləcə də digər Avropa ölkələrində müşahidə olunan analoji zorakılıq və qarət halları ilə bağlı internetdə xarici müdaxilə və dezinformasiya kampaniyalarını araşdırır.

Təhlükəsizlik xidmətlərinin məlumatına görə, əvvəlki dezinformasiya kampaniyaları ilə əlaqəli olan rusiyayönlü və ifrat sağçı sosial media hesabları cəmiyyətdə xaosu daha da dərinləşdirmək məqsədilə zorakılıq əks olunan videolayihələr yayıblar. Ekspertlər bu paylaşımların bəzilərində İran və Əlcəzairin də payının olmasından şübhələnirlər.

Dezinformasiya üzrə ixtisaslaşan “Sciences Po” şirkətinin göstəricilərinə əsasən, Rusiyanın “Fırtına-1516” (Storm-1516) və “Matryoşka” kimi kampaniyaları ilə bağlı “kremlyönlü fəallar” baş verən hadisələri daha da qabardıb və çoxlu sayda yalan məlumat yayıblar. Avropa kəşfiyyatının yüksəkrütbəli nümayəndəsi bəyan edib ki, Rusiyanın dezinformasiya cəhdləri əsasən reaksiya xarakteri daşıyıb və internet üzərindən həyata keçirilib. Lakin o əlavə edib ki, Fransada aparılan təhqiqatlar hələ ilkin mərhələdədir.

Fransanın Ticarət naziri Papenin ilkin qiymətləndirməsinə görə, ölkə üzrə ən azı 3 000 müəssisə, o cümlədən “Louis Vuitton” və “Kenzo” kimi lüks brendlərin mağazaları zərər çəkib. “Morningstar DBRS” analitik şirkətinin hesablamalarına əsasən, etirazların vurduğu ümumi maliyyə zərərinin həcmi 1,2 milyard avroya çata bilər.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın