Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiyasının qəbulu məqsədilə növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını istisna etmir.

Ermənistan hökumətinin rəhbəri bu barədə keçirdiyi brifinq zamanı bəyan edib.

“Yaxın gələcəkdə biz konstitusiyanın yeni layihəsini dərc edəcək, geniş müzakirələrə başlayacaq və sənədi parlamentə göndərəcəyik. Müxalifətdən olan həmkarlarımızı bunun çox mühüm və prinsipial məsələ, Ermənistan dövlətinin həyat qabiliyyətini müəyyənləşdirmək baxımından həlledici addım olduğuna inandırmağa çalışacağıq. Lakin bu alınmasa, başqa ssenariləri, o cümlədən növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanını nəzərdən keçirəcəyik. Hərçənd belə bir ssenarinin istisna edildiyini kim deyib?” — deyə Paşinyan vurğulayıb.

Növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanını istisna etməyib. Ətraflı xəbərdə.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiyasının qəbulu məqsədilə növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını istisna etmir.

“Report”un məlumatına görə, Ermənistan hökumətinin rəhbəri bu barədə keçirdiyi brifinq zamanı bəyan edib.

“Yaxın gələcəkdə biz konstitusiyanın yeni layihəsini dərc edəcək, geniş müzakirələrə başlayacaq və sənədi parlamentə göndərəcəyik. Müxalifətdən olan həmkarlarımızı bunun çox mühüm və prinsipial məsələ, Ermənistan dövlətinin həyat qabiliyyətini müəyyənləşdirmək baxımından həlledici addım olduğuna inandırmağa çalışacağıq. Lakin bu alınmasa, başqa ssenariləri, o cümlədən növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanını nəzərdən keçirəcəyik. Hərçənd belə bir ssenarinin istisna edildiyini kim deyib?” — deyə Paşinyan vurğulayıb.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın