Səhmdar cəmiyyətinə istinadən verillən xəbərə görə, Prezident İlham Əliyev bununla bağlı yeni sərəncam imzalayıb. Sərəncama əsasən, həmin vəzifə Zaur Nağıyevə həvalə olunub. Bu təyinatla “Bakı Metropoliteni” QSC-də sədr müavinlərinin sayı 3-ə çatıb.
Zaur Nağıyev kimdir? — Təhsili və iş təcrübəsi
1982-ci ildə anadan olan Zaur Nağıyev zəngin təhsil və idarəçilik təcrübəsinə malikdir:
-
Təhsili: 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2008-ci ildə Böyük Britaniyanın Sauthempton Universitetində Beynəlxalq dəniz hüququ üzrə intensiv təhsil proqramını başa vurub. 2015-ci ildə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin birgə təşkil etdiyi proqram çərçivəsində Biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsi alıb.
-
Əmək fəaliyyəti: 2005–2008 və 2009–2013-cü illərdə BMT-nin müxtəlif strukturlarında (UNHCR, WFP və UNICEF) çalışıb. 2008–2009 və 2013–2014-cü illərdə SOCAR-ın Hüquq idarəsində böyük hüquq məsləhətçisi və vitse-prezidentin müşaviri vəzifələrini icra edib. 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Hüquq departamentinin rəisi, 2022-ci ildən isə sədrin müavini vəzifəsində çalışıb.
Pedaqoji fəaliyyəti və təltifləri
Zaur Nağıyev eyni zamanda ADA Universitetində pedaqoji fəaliyyətlə məşğuldur, Azərbaycan Vəkillər Kollegiyasının üzvü və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) beynəlxalq ekspertidir.
O, 2017-ci ildə “Tərəqqi” medalı, 2018-ci ildə isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalı ilə təltif edilib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
