Azərbaycana 49 milyard dollar xarici investisiya qoyulub: Xankəndidə mühüm iqtisadi göstəricilər açıqlandı

2020-2025-ci illər ərzində Azərbaycan iqtisadiyyatına təxminən 49 milyard ABŞ dolları məbləğində xarici investisiya yönəldilib. Bu vəsaitin 36 milyard dollarını birbaşa xarici investisiyalar təşkil edib.

“Realist.az”ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu rəqəmləri Qarabağ Universitetində təşkil edilən “Qarabağda DİM anı: Gələcək üçün Azərbaycan–BMT tərəfdaşlığı” mövzusundakı yüksək səviyyəli strateji dialoqda İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli diqqətə çatdırıb.

Qeyri-neft-qaz sektoru 6% böyüyüb, ixrac 2 dəfə artıb

Nazir müavininin sözlərinə görə, qeyd olunan dövr ərzində ölkə iqtisadiyyatı hər il orta hesabla 3,4% artıb:

“O cümlədən qeyri-neft-qaz sektorunda 6%, onun tərkib hissəsi olan qeyri-neft-qaz sənayesində isə 1,5 dəfə artım qeydə alınıb. Ölkənin qeyri-neft-qaz ixracı isə 2 dəfə artıb. Azərbaycanda son illər həyata keçirilən məqsədyönlü iqtisadi siyasət makroiqtisadi sabitliyin qorunmasına, iqtisadiyyatın şaxələndirilməsinə və maliyyə dayanıqlılığının gücləndirilməsinə xidmət edib.”

BMT ilə tərəfdaşlıq və 2027-ci il hədəfləri

Səməd Bəşirli əlavə edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində müəyyənləşdirilən hədəflər BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə tam uzlaşır:

“Azərbaycan ‘2030 Gündəliyi’nə sadiqliyini nümayiş etdirərək, indiyədək 4 dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna könüllü milli hesabat təqdim edib. Növbəti — 5-ci hesabatın isə 2027-ci ildə təqdim olunması nəzərdə tutulur.”

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın