Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft nəqlini 40%-dən çox artırır

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) ana eksport neft kəməri vasitəsilə xammal tədarükünü 40%-dən çox artıraraq 1,7 milyon tona çatdırmağı planlaşdırır.

Bu barədə Qazaxıstanın “KazMunayGaz” milli neft-qaz şirkətinin rəhbəri Həsənov rəsmi bəyanatla çıxış edib.

Transxəzər marşrutuna maraq sürətlə artır

Şirkət rəhbərinin sözlərinə görə, mühüm tərkib hissəsi BTC boru xətti olan Orta Dəhlizə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) maraq ilbəil yüksəlir.

Həsənov vurğulayıb ki, bu marşruta yalnız “KazMunayGaz” deyil, həm də regionda fəaliyyət göstərən digər iri neft hasilatçısı olan şirkətlər böyük maraq göstərir.

“BTC ilə nəqlin artırılması XBK-ya alternativ deyil”

“KazMunayGaz” rəhbəri KİV-də yayılan bəzi yanlış təfsirlərə də aydınlıq gətirib. O bildirib ki, BTC vasitəsilə həcmlərin artırılması Xəzər Boru Kəməri Konsorsiumuna (XBK) rəqib və ya alternatif kimi qiymətləndirilməməlidir:

“Marşrutun genişləndirilməsi XBK-ya alternatif deyil. Nəql olunan həcmlər belə müqayisəolunmaz dərəcədə fərqlidir. Buna görə də XBK bizim üçün əsas ixrac marşrutu olaraq qalmaqdadır. Təəssüf ki, bir çox kütləvi informasiya vasitələri bu vəziyyəti yanlış şərh edirlər.”

Xatırladaq ki, hazırda Qazaxıstandan xaricə ixrac olunan ümumi neft həcminin təxminən 80%-i məhz XBK neft kəməri vasitəsilə dünya bazarlarına çatdırılır.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın