Vaşinqtonda “Starlink” skandalı: ABŞ Senatı Trampın kadr təyinatlarını bloklamaqla hədələyir

ABŞ Senatındakı respublikaçı və demokrat senatorlar Ağ Ev administrasiyasına birgə xəbərdarlıq edərək, Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi peyk rabitəsi bərpa olunmayanadək Prezident Donald Trampın dövlət vəzifələrinə təqdim etdiyi namizədləri təsdiqləməyəcəklərini bəyan ediblər.

“Realist.az”ın “The New York Times” nəşrinə istinadən verdiyi məlumata görə, konqresmenlər və White House arasındakı qarşıdurma Tramp administrasiyasının Rusiyaya qarşı yürütdüyü yumşaq siyasət narahatlıqları fonunda pik həddə çatıb.

“SpaceX” təhqiqatla üz-üzədir, diplomatların təhlükəsizliyi riskdədir

Peyk sistemlərində yaşanan kəsintilərlə yanaşı, amerikalı qanunvericilər Ukrayna Hava Hücumundan Müdafiə (HHM) sistemləri üçün ballistik raket-ələkeçiricilərin tədarükünün ləngiməsindən kəskin narazıdırlar.

NYT vurğulayır ki, raket və dron hücumları barədə vaxtında xəbərdarlıq sistemlərində yaranan problemlər hətta Ukraynada fəaliyyət göstərən amerikalı diplomatların təhlükəsizliyini də ciddi risk altına salıb.

“Kəsintilər təsadüfi deyil” – Respublikaçılardan sərt reaksiya

Respublikaçı kongresmen Brayan FitsPatrik rabitədəki problemlərin təsadüf olmasına şübhə ilə yanaşdığını bildirib. O, bu vəziyyətə cavabdeh olan məmurların dərhal vəzifədən kənarlaşdırılması üçün addımlar atacağını bəyan edib.

Bununla yanaşı, Senat Komitəsi peyk rabitəsindəki fasilələrin və məhdudiyyətlərin səbəblərini araşdırmaq üçün İlon Maskın “SpaceX” şirkətinə qarşı rəsmi təhqiqatın başladılması variantını nəzərdən keçirir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın