Daşkənddə Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan nümayəndələrinin iştirakı ilə Türk İnvestisiya Fondunun (TİF) Rəhbərlər Şurasının 3-cü iclası keçirilib. Tərəflər nəqliyyat-logistika infrastrukturu, sənaye kooperasiyası, energetika və sahibkarlığın dəstəklənməsi sahələrində layihə portfelinin formalaşdırılması perspektivlərini nəzərdən keçiriblər. İnvestisiya layihələrinin maliyyələşdirilməsinin genişləndirilməsinə, əlavə resursların cəlb edilməsinə və beynəlxalq maliyyə institutları ilə qarşılıqlı əlaqələrə xüsusi diqqət yetirilib.
“Realist.az” xəbər verir ki, iclasın yekunlarına əsasən iştirakçılar TİF-in fəaliyyətinin inkişafı və birgə investisiya layihələrinin təşviqi üzrə növbəti addımları müəyyən ediblər. Fondun Rəhbərlər Şurasına sədrliq növbəti illik iclasın başa çatmasınadək Azərbaycana keçib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
