Bakı şəhərinin Qaradağ rayonunda və Nərimanov rayonunun əsas küçələrində aparılacaq təmir və genişləndirmə işləri ilə əlaqədar avtomobillərin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.
Realist.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Məhdudiyyət tətbiq olunacaq ərazilər və işlərin xarakteri
AAYDA-nın verdiyi məlumata əsasən, yol infrstrukturunun yaxşılaşdırılması məqsədilə aşağıdakı ərazilərdə işlərə start verilir:
-
Qaradağ rayonu: Sabah saat 08:00-dan başlayaraq Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri aparılacaq.
-
Nərimanov rayonu: Koroğlu Rəhimov və Təbriz küçələrinin qovşağında yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədilə ayırıcı zolağın sökülməsi işlərinə başlanılacaq.
“Aparılacaq təmir işləri səbəbindən həmin ərazilərdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Sürücülərdən alternativ marşrutlardan yararlanmaları, yolda diqqətli olmaları və görülən işlərə anlayışla yanaşmaları xahiş edilir”, – deyə AAYDA-nın açıqlamasında bildirilir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
