Oktyabrın 30-da Bakı şəhərinin Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Realist.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məhdudiyyətin səbəbi və vaxtı

“Azəriqaz” İB-nin yaydığı məlumata əsasən, aparılacaq təmir işləri magistral xəttə baş verən texniki nasazlıqla bağlıdır:

“Magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar oktyabrın 30-u saat 10:00-dan təmir işləri başa çatanadək Xətai və Suraxanı rayonlarının müəyyən küçələrinin qaz təminatında qısamüddətli fasilə baş verəcək”, – deyə rəsmi açıqlamada bildirilir.

Qurum abonentlərdən qaz avadanlıqlarından istifadə edərkən diqqətli olmalarını və təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın