Pxenyan ABŞ və Cənubi Koreyanın artan hərbi fəallığına cavab olaraq nüvə çəkindirmə qüvvələrinin təcili şəkildə möhkəmləndirilməsi kursunu dəyişmək niyyətində deyil.

Bu barədə Koreya Fəhlə Partiyası (KFP) Mərkəzi Komitəsinin şöbə müdirinin birinci müavini Kim Çon Sik bəyanat verib.

Şimali Koreya rəsmisi sentyabrın 29-dan oktyabrın 2-dək keçirilən ABŞ və Cənubi Koreyanın birgə «Iron Mace» hərbi təlimlərini kəskin tənqid edib. Onun sözlərinə görə, Amerika nüvə qüvvələri ilə Cənubi Koreyanın adi silahlarının birgə tətbiqinin məşq edildiyi bu manevrlər «faktiki olaraq KXDR-ə qarşı nüvə silahından istifadəyə hazırlıq xarakteri daşıyıb».

Bundan əlavə, Kim Çon Sik oktyabr ayında Cənubi Koreyada keçirilən «Hoguk» və «Freedom Flag», həmçinin Yaponiyada təşkil olunan «Keen Sword» təlimlərinə diqqət çəkib. O bildirib ki, Vaşinqton və onun müttəfiqləri regionda, o cümlədən ABŞ ərazisindən kəşfiyyat bölmələri və aviasiya cəlb etməklə hərbi fəallığı getdikcə artırırlar.

«Biz öz qüvvələrimizə tam əminik və hər cür addıma cavab verməyə qadirik», — deyə Kim Çon Sik vurğulayıb. O əlavə edib ki, Pxenyan dövlət suverenliyinin qorunması və regionda sülhün təmin edilməsi vasitəsi kimi baxdığı nüvə qüvvələrini gücləndirməyə davam edəcək.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın