Sabah Ağdaş, Yevlax və Mingəçevir Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində planlı təmir işləri aparılacaq.
Realist.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC rəsmi məlumat yayıb.
Qurumdan bildirilib ki, aparılan yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdəki abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Elektrik enerjisinin məhdudlaşdırılacağı ünvanlar və saatlar
Təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələrin yaranağı ərazilər və dəqiq vaxt qrafiki:
1. Ağdaş rayonu (Saat 10:00-dan 14:00-dək)
10 kV-luq bir sıra hava xəttində görüləcək təmir işləri ilə əlaqədar aşağıdakı kəndlərin bir hissəsində işıq olmayacaq:
-
Binələr, Cücük, Davudlu, Gürcüva, Malay, Maşad və Pirəyir kəndləri.
2. Yevlax rayonu (Saat 10:00-dan 15:00-dək)
-
10 kV-luq “Nasos” hava xətti üzrə: Aşağı Qarxun və Yuxarı Qarxun kəndlərində;
-
10 kV-luq “Nemətabad” hava xətti üzrə: Xaldan, Qaraoğlan, Qəribli və Quşcu kəndlərində enerjinin verilişində fasilə yaranacaq.
3. Mingəçevir şəhəri (Saat 10:00-dan 15:00-dək)
110/35/6 kV-luq “Karxana” yarımstansiyasından çıxan 6 kV-luq hava xəttində təmir işləri yerinə yetiriləcək, həmçinin elektrik xəttinə toxunan ağaclar budanacaq. Məhdudiyyət tətbiq olunacaq küçələr:
-
20 Yanvar küçəsi;
-
Müslüm Maqomayev küçəsi;
-
Sahil küçəsi.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
