Bakıda torpaq sahələri kəskin bahalaşdı: Ən yüksək qiymət artımı Səbaildə qeydə alınıb
Bu ilin oktyabr ayında Bakı şəhərində torpaq sahələrinin dəyəri orta hesabla 17,9 % artıb.
Realist.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) verilən məlumata görə, paytaxtın daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri rayonlar və əmlak kateqoriyaları üzrə fərqli templərlə müşahid olunub.
Rayonlar üzrə ən böyük qiymət artımı Səbail rayonunda qeydə alınıb – 29,1 %. Digər mərkəzi və mərkəzəyaxın rayonlarda da göstəricilər yüksək olub:
-
Yasamal rayonu: 27,1 %
-
Nəsimi rayonu: 24,5 %
-
Nizami rayonu: 22,3 %
-
Xəzər rayonu: 20,2 %
-
Nərimanov rayonu: 19,7 %
-
Xətai rayonu: 16,5 %
Nisbətən mülayim qiymət artımı isə aşağıdakı rayonlarda müşahid olunub:
-
Binəqədi rayonu: 14,9 %
-
Sabunçu rayonu: 12,3 %
-
Suraxanı rayonu: 11,2 %
-
Pirallahı rayonu: 8,6 %
-
Qaradağ rayonu: 8 %
Məlumatda bildirilir ki, bahalaşmanın sürəti əmlakın tipindən, coğrafi mövqeyindən, bazardakı tələb-təklif nisbətindən və alıcıların davranış modellərindən asılı olaraq dəyişib. AQC qiymətləndirmə prosesində bazar qiymətlərinin analizi ilə yanaşı, ərazilərin bazardakı payını və əhali faktorunu da nəzərə alıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
