İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Bilali yeni müharibə riski ilə bağlı sərt xəbərdarlıq edib.

Realist.az xəbər verir ki, SEPAH rəsmisi ABŞ-yə dəstək göstərən ölkələri açıq şəkildə hədələyib.

“Yeni bir təcavüz baş verəcəyi təqdirdə, İrana hücumda ABŞ-yə köməklik göstərən hər hansı ölkə və ya qüvvə İslami Respublikasının qanuni hədəfinə çevrilə bilər,” – deyə Bilali bəyan edib.

O, həmçinin əlavə edib ki, İranın malik olduğu raketlər regiondakı İsrail və Amerika hərbi bazalarına zərbə endirmək üçün kifayət qədər uzaq mənzilə və dəqiqliyə sahibdir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın