Fransada küçələr qarışdı: 600 min etirazçı, polislə şiddətli toqquşmalar

Fransada hökumətin yürütdüyü siyasətə qarşı ümumölkə miqyaslı tətil və kütləvi nümayişlər keçirilir.

Realist.az CNN-ə istinadən xəbər verir ki, Ölkənin Daxili İşlər Nazirliyinin son qiymətləndirməsinə görə, bugünkü aksiyalarda 600 minə yaxın insan iştirak edib. Bu göstərici sentyabr ayında başlayan etiraz dalğasından bu yana qeydə alınan ən yüksək iştirak göstəricisidir.

Nümayişlər ölkə üzrə təxminən 200 şəhəri əhatə edib. Lion şəhərində polis nümayişçilər qrupunu qovmaq üçün gözyaşardıcı qazdan istifadə edib, Nantda isə etirazçılarla hüquq-mühafizə orqanları arasında şiddətli toqquşmalar baş verib.

Genişmiqyaslı tətil təhsil, səhiyyə, ictimai nəqliyyat və digər mühüm sahələrlə yanaşı, özəl sektora da ciddi təsir göstərib.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın