Reklam

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü —Bu hər bir soydaşımız üçün müqəddəs tarixdir. Qəlbi Azərbaycan sevdası ilə vuran hər bir insan üçrəngli. şahanə bayrağımızın dalğalanmasını böyük qürurla, sonsuz vüqarla seyr edir. Bu bayrağın hər ilməsinə. hər zərrəsinə azadlıq, mübarizə. qələbə havası hopub. Bu bayraq uğrunda minlərlə azərbaycan övladı bir an belə düşünmədən canını fəda edib. Bu bayrağa baxanda gözümüz də dolur. Bəzən sevincdən. Bəzən kədərdən… Neçə mərd oğlumuz bu bayrağa baxaraq şəhidlik şərbətini içib, neçə qəhrəmanımız bu bayraqla qələbəyə doğru yürüyüb…
1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında qərar qəbul edildi. “Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”. Beləliklə. Hər birimizin göz bəbəyi olan bayrağımızın şərəfli tarixi yolu başladı.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olundu. Respublikanın qorxaq mərkəzi hakimiyyəti tərəddüd edərkən Ümumilli lider cəsarətlə 3 rəngli bayrağı ilk dəfə Naxçıvanda dalğalandırdı. Bu Heydər Əliyevin xalqın sabahı üçün atılmış növbəti uzaqgörən, qətiyyətli addımı idi… 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olundu. Beləcə, milli bayrağımız xalqımızın müstəqillik illərinə şahidlik etməyə başladı.
Azğın qonşular Vətənimizə göz dikəndə minlərlə azərbaycanlı bu bayrağın kölgəsində “Qarabağ” deyə hayqırdı və onun şahidliyi ilə cəbhəyə yollandı. Birinci Qarabağ müharibələrində neçə-neçə oğullarımız bu bayrağa sarılıb düşmən üzərinə şığıdı. Bu bayrağı həyatının son saniyəsinə qədər əlindən buraxmayan oğullarımızın rəşadəti bizə nələri öyrətmədi? Tabutu müqəddəs bayrağa bükülüb evinə şəhid kimi dönən oğullarımızın acısı bizə nələri yaşatmadı?
2009-cu il noyabrın 17- si. Azərbaycan respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzaladı. 2009-cu il noyabrın 9-da — Dövlət Bayrağı Günündə Bakıda Dövlət Bayrağı Muzeyinin açılışı oldu. 2010-cu ilin sentyabrın 1-də İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının memorial abidə-istirahət kompleksinin təntənəli açılışıbaş tutdu. Həmin meydanda Azərbaycan Respublikasının dövlət bayrağı dünyanın ən hündür 162 metrlik bayraq dirəyində ucaldıldı.
2020-ci il. Tarixən məşəqqətlər yaşamış bayrağımızı tale bu dəfə böyük Zəfərə aparacaqdı. Qəhrəman oğullarımız onu sinəsinə sıxaraq düşmənlə son döyüşə çıxacaqdı. Qarış -qarış. Kənd-kənd. Oba-oba düşmən tapdağından azad edilən yurdlarımıza Azərbaycan bayrağı sancılacaqdı. Azərbaycan əsgəri düşmənin murdar əski parçalarını Vətənimizin bağrından söküb təmizləyəcəkdi.
Hər azad olunmuş yurdumuzda Azərbaycan bayrağını dalğalandrdıqca, qəlbimiz riqqətə gələcək, göz yaşlarına boğulacaq, həyatımızın ən gözəl anlarını yaşayacaqdıq.
Ölkə başçısı, Ali baş komandan İlham Əliyev həmişə olduğu kimi verdiyi vədi yerinə yetirərək bayrağımızı azad edilmiş şəhərlərimizdə ucaldanda Böyük Zəfərin miqyasını tam anlayacaqdıq. Bizə yuxu kimi gələn bu baş verənlərin ən dəqiq və artıq dəyişməyəcək realliq olduğunu görəcəkdik. İlham Əliyevin gücünü xalqdan alan müstəsna siyasi, strateji, hərbi bacarıqlarını isə əvvəlcə düşmən, sonra isə bütün dünya qəbul edəcəkdi. Müzəffər Ali komandan ordumuzla birlikdə bütün dünyaya mümkünsüzü mümkün etməyin mümkün olduğunu nümayiş etdirdi.
30 il ərzində düşmən tapdağında qalan, viran olmuş bu torpaqlarda artıq 6 ildir ki, mərmi səsləri eşidilmir. Yurdlarımızda nəhəngvə ən müasir tikinti-quruculuq işləri gedir. Bu gün biz Qarabağda sözün əsil mənasında xarüqələr yaradırıq. Xoşbəxtik ki, üçrəngli bayrağımız Xankəndi və Şuşa səmalarında. Eləcə də azad Azərbaycanımızın hər hər yerində qürurla dalğalanır.

Azər Cabbarov

Realist.az

Reklam

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın