Reklam

İsraildə hərbi gərginlik və siyasi BÖHRAN: Ayzenkotdan Netanyahuya sərt “müharibə” xəbərdarlığı

İsrailin “Yaşar” partiyasının sədri Qadi Ayzenkot Baş nazir Binyamin Netanyahuya məktub ünvanlayaraq, onu siyasi mülahizələrdən qaynaqlanan hərbi qərarlar qəbul etməkdən çəkinməyə çağırıb.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, Ayzenkot Baş naziri yeni hökumət and içənədək təhlükəsizlik sahəsində riskli addımlardan imtina etməyə səsləyib.

“Knesset-də etimadınız yoxdur, müharibə riski yaratmayın”

Məktubda Ayzenkot Netanyahunun hazırda mandatını itirmiş bir hökumətə rəhbərlik etdiyini xatırladıb:

“Sizə yaxşı məlum olduğu kimi, hazırda Knesset-in etimadından istifadə etməyən keçid hökumətinə rəhbərlik edirsiniz. Sizin Baş nazir postunda qalmağınızı cəmi 46 deputat dəstəkləyir… Dövlətimizin tarixində bəlkə də ən gərgin olan bu mürəkkəb siyasi şəraitdə təhlükəsizlik və dövlət əhəmiyyətli qərarlar qəbul edərkən müstəsna dərəcədə ehtiyatlı və məsuliyyətli olmalısınız”.

Ayzenkot xəbərdarlıq edib ki, ölkə üçün birbaşa təhdid olmadığı halda hərbi gücün tətbiqi İsrail demokratiyası üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər.

Netanyahunun dəftərxanasından cavab: “Məsuliyyətsiz addımdır”

İsrail Baş nazirinin dəftərxanası Ayzenkotun məktubunu “məsuliyyətsiz” adlandırıb. Rəsmi cavabda bildirilib ki, Netanyahunun rəhbərlik etdiyi hökumət bütün qərarları “yalnız təhlükəsizlik mülahizələrinə əsaslanaraq və güc strukturları ilə tam koordinasiya şəraitində” qəbul edib.

“Qorxu və parçalanma yaratmaq əvəzinə məsuliyyətlə hərəkət etmək lazımdır”, – deyə bəyanatda vurğulanıb. Həmçinin Ayzenkot həssas təhlükəsizlik məsələlərini ictimai müzakirəyə çıxarmaqda ittiham olunub.

Reklam

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın