EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Çində baş tutacaq görüş zamanı Ukrayna böhranını müzakirə edəcəklər.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində Tramp və Putin arasında aparılacaq danışıqlarda xüsusilə Ukraynadakı müharibə, eləcə də ABŞ və Rusiyanın “Ukrayna nizamlanması” üzrə təklifləri nəzərdən keçiriləcək.

Putin və Si Cinpin arasında “işgüzar səhər yeməyi” formatında görüş

Y.Uşakov həmçinin bildirib ki, noyabrın 18-də V.Putin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə “işgüzar səhər yeməyi” formatında danışıqlar aparacaq. Görüş Ukrayna məsələsi də daxil olmaqla xarici siyasət problematikasına həsr olunacaq.

Kreml rəsmisi əlavə edib ki, Çindəki tədbirlər başa çatdıqdan sonra Putin jurnalistlərlə görüşərək Rusiya-Çin-ABŞ liderlərinin sammitinə və keçirilən ikitərəfli danışıqlara dair öz qiymətləndirmələrini təqdim edəcək.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın