EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

The Guardian: İsrail fələstinlilərin üzünü tanımaq üçün Amazon-un süni intellektindən istifadə edib

İsrail hərbçiləri süni intellekt (Sİ) əsaslı üz tanıma sistemi vasitəsilə təhlil etmək üçün 3,5 milyon fələstinlinin fotoşəklini Amazon bulud platformasına yükləyiblər.

Realist.az “The Guardian” qəzetinə istinadən xəbər verir ki, bu barədə nəşr əldə etdiyi sənədlərə və İsrail ordusundakı mənbələrə əsasən məlumat yayıb.

Məlumatlar “Amazon Rekognition” vasitəsilə emal edilib

Nəşrin məlumatına görə, fotolar 2024-cü ilin əvvəlində Qəzza zolağı və İordan çayının qərb sahili sakinlərinin geniş məlumat bazasına malik olan “Rolling Stone” bölməsi tərəfindən sistemə yüklənib. Hərbçilər təsvirləri emal etmək üçün insanları üzlərinə görə identifikasiya etməyə imkan verən “Amazon Rekognition” xidmətindən istifadə etmək niyyətində olublar.

Məxfi kəşfiyyat məlumatları bulud platformasına köçürülüb

Qeyd olunur ki, 2023-cü ilin oktyabrında Qəzzada quru əməliyyatı başladıqdan sonra İsrail hərbçiləri nəzarət-buraxılış məntəqələrində fələstinlilərin fotolarını müntəzəm olaraq çəkiblər.

Bu addım məxfi hərbi kəşfiyyat məlumatlarının və fələstinlilərin izlənilməsinə dair informasiyanın Amazon Web Services (AWS) platformasına köçürülməsi üzrə daha genişmiqyaslı proqramın bir hissəsinə çevrilib.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın