EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

PSJ-nin sabiq yarımmüdafiəçisi Jerom Roten dünya futbolunun tanınmış ulduzlarını FIFA prezidenti Canni İnfantinoya qarşı kollektiv etiraz aksiyasına qoşulmağa çağırıb.

Realist.az “RMC Sport”a istinadən xəbər verir ki, Roten İnfantinonun vəzifədən getməsi üçün aparılacaq mübarizəyə məhz məşhur futbolçuların rəhbərlik etməli olduğunu bildirib.

Onun fikrincə, Kriştianu Ronaldu, Lionel Messi və Kilian Mbappe bu prosesdə əsas rol oynaya bilərlər.

“Futbol futbolçulara məxsusdur. Əgər ulduzlar etiraz etsələr və birləşsələr… Mən Kriştianu Ronaldu, Lionel Messi və Kilian Mbappeni nəzərdə tuturam. İlk növbədə, oynamağı dayandırmaq lazımdır. 15 günlük tətil elan edin və İnfantinonun necə vəzifədən uzaqlaşdırıldığını görəcəksiniz”, – deyə Roten bildirib.

Sabiq futbolçu hesab edir ki, FIFA-nın hazırkı prezidenti futbolun maraqlarından daha çox biznes məsələlərinə üstünlük verir. Onun sözlərinə görə, çoxsaylı qalmaqallara baxmayaraq, İnfantino qarşıdakı seçkilərdə favoritlərdən biri hesab olunur.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın