Bolqarıstan Xəbər Agentliyinin (BTA) baş direktoru Kiril Valçev istefa ərizəsini parlament sədrinə təqdim edəcəyini bildirib. O, Bolqarıstanın vitse-prezidenti seçildiyini təsdiq edən sənədi gələn həftə Mərkəzi Seçki Komissiyasından alacağını qeyd edib.
Realist.az BTA-ya istinadən xəbər verir ki, Valçev bu barədə parlamentin Mədəniyyət və media komitəsinin iclasında çıxışı zamanı məlumat verib.
O bildirib ki, yeni baş direktor seçilənədək vəzifələrini müavini Yevgeniya Drumeva icra edəcək.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


