EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Avropa İttifaqı (Aİ) Kiyevə endirilən və bir neçə səfirliyin binasına ziyan vuran zərbələr səbəbindən Rusiyanın Aİ yanındakı səfirini çağıracaq.

Realist.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Kaya Kallasın bəyanatı

Avropa diplomatiyasının rəhbəri diplomatik nümayəndəliklərin beynəlxalq hüquqla qorunduğunu xatırladaraq, Rusiya tərəfinin bu normalara məhəl qoymadığını vurğulayıb:

“Putin Şençjendə qırmızı xalça üzərində addımladığı bir vaxtda Rusiyanın zərbələri Kiyevə endirildi və bir neçə Avropa və qeyri-Avropa ölkəsinin səfirliyinə ziyan vurdu. Diplomatik binalar beynəlxalq hüququn müdafiəsi altındadır. Rusiyanın buna etinasızlığı hər gün özünü göstərir. Cavab olaraq, bugünkü zərbələrə görə Rusiyanın Aİ yanındakı səfirini çağıracağıq. Müharibəyə son qoymaq üçün Ukraynaya yardımı artırmağa və Rusiyaya təzyiqi gücləndirməyə davam edəcəyik”.

Zərər görən diplomatik nümayəndəliklər

Xatırladaq ki, daha əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiyanın Kiyevə endirdiyi zərbə nəticəsində Niderland və Avstriya səfirliklərinin zərər gördüyünü açıqlamışdı. Eyni zamanda, Aİ-nin Ukraynadakı səfiri də Kiyevdə dron hücumundan son anda xilas olduğunu bildirib.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın