Peruda 6,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Realist.az bildirir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri əhalisinin sayı 370 mindən çox olan Uankayo şəhərindən 111 kilometr şimal-qərbdə yerləşib.
Zəlzələnin ocağı 118 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində ölən və xəsarət alanlar, eləcə də dağıntılar barədə hələlik məlumat yayılmayıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


