Paytaxtda və ölkənin müxtəlif rayonlarında qanunsuz saxlanılan silah-sursat aşkarlanıb.
Realist.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, noyabrın 23-də keçirilən əməliyyat və profilaktik tədbirlər zamanı 2 avtomat, 1 tapança, 1 qumbara, 4 tüfəng, 1 patron darağı və 100 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Nazirlikdən bildirilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunması və götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


