Sumqayıt şəhərində evlərdən birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Realist.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə noyabrın 21-də baş verib. Gecə saatlarında şəhər ərazisində yerləşən evlərdən birindən 400 manat pul və ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş K.Həsənzadə müəyyən edilərək saxlanılıb.
Onun üzərindən psixotrop maddə hesab edilən metamfetamin də aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


