EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə rayonun sosial-iqtisadi inkişafına dair 2026-cı ilin ilk 10 ayının göstəriciləri açıqlanıb.

Realist.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin yanvar-oktyabr aylarında Kəlbəcər rayonunda 12 milyon 31,3 min manat dəyərində sənaye məhsulu istehsal olunub.

Hesabat dövründə kənd təsərrüfatı məhsullarının ümumi istehsal dəyəri 61 milyon 649 min manat təşkil edib. Bunun 46,7 min manatı bitkiçilik, 61 milyon 602,3 min manatı isə heyvandarlıq məhsullarının payına düşüb.

Məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 487 milyon 111 min manat investisiya yönəldilib.

Oktyabrın 1-nə olan vəziyyətə əsasən, Kəlbəcər rayonunda muzdla çalışan işçilərin sayı 5,5 min nəfər, onların orta aylıq nominal əməkhaqqı isə 754,3 manat olub.

Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında rayonda 148 yeni iş yeri yaradılıb.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın