Noyabrın 24-də ölkə ərazisində polis əməkdaşları tərəfindən cinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Aktual Xəbər”ə verilən məlumata görə, gün ərzində qeydə alınan 48 cinayət və əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması təmin olunub.
Axtarışda olan 137 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 127-si borclu şəxs qismində axtarışda olub.
Bundan başqa, narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Hesabat dövründə cinayət törətməkdə şübhəli bilinən 60 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


