EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

TRIPP layihəsi regionda Rusiyanın maraqlarına məhəl qoymamalıdır.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bəyan edib.

“Biz layihə ətrafındakı dinamikanı izləyirik. Mahiyyət etibarilə TRIPP əvvəlki illərdə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin həmsədrliyi ilə regionda nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması üzrə üçtərəfli işçi qrup çərçivəsində hazırlanmış işləri xeyli dərəcədə təkrarlayır”, — deyə o bildirib.

“Layihə regionda yeni ayırıcı xətlər yaratmamalıdır”

M.Zaxarova qeyd edib ki, layihənin icrası zamanı Rusiya və İranın maraqlarının nəzərə alınması prinsipial əhəmiyyət daşıyır:

“Biz hesab edirik ki, layihənin həyata keçirilməsi zamanı ölkəmizin və Tehranın da bəyan etdiyi kimi İranın maraqlarının gözardı edilməməsi prinsipial olaraq vacibdir. Bu layihə regionda yeni ayırıcı xətlər yaratmamalıdır. Əks halda, bu nəqliyyat-logistika təşəbbüsü sadəcə uğursuzluğa məhkum olacaq”, — deyə Rusiya XİN sözçüsü yekunlaşdırıb.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın