EZZE — lüks və xüsusi mebel, interyer (reklam)
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisəsinə narkotik vasitə və psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Realist.az-a Penitensiar Xidmətdən məlumat verilib. Bildirilib ki, 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkuma tanışı tərəfindən gətirilən sovqata baxış zamanı 6 bükümdə ümumi çəkisi 5,874 qram heroin və 2,408 qram metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. Penitensiar Xidmət bir daha vətəndaşların diqqətinə çatdırır ki, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qanunla qadağan olunmuş əşyaların və maddələrin ötürülməsi müvafiq məsuliyyətə səbəb olur.
EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın