EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

UEFA Avropa Liqasının iki oyununda baş verən azarkeş insidentlərinə münasibət bildirib və intizam araşdırmasına başlayıb.

Realist az xəbər verir ki, qurum noyabrın 26-da keçirilən “Marsel” – “Levski” (1:0) və “Beşiktaş” – “Hapoel” (2:1) matçlarında yaşanan hadisələri qətiyyətlə pisləyib.

Marseldə keçirilən qarşılaşma zamanı meydan sahiblərinin azarkeşləri “Levski” tərəfdarlarına hücum edib. Nəticədə 10-dan çox bolqar azarkeşin xəsarət aldığı bildirilir.

Gürcüstanın Batumi şəhərində isə “Beşiktaş” – “Hapoel” matçında stadionun mühafizəçilərinin tribunadakı azarkeşlərdən birinin Fələstin bayrağını götürmək istəməsi insidentə səbəb olub. Digər türkiyəli tərəfdarların həmin şəxsə dəstək verməsindən sonra qarşıdurma yaranıb. Polis hadisəyə gözyaşardıcı qazdan istifadə etməklə müdaxilə edib.
UEFA bəyanatında futbol qarşılaşmalarında zorakılıq, aqressiya, nifrət, ayrı-seçkilik və ekstremist davranışlara yer olmadığını vurğulayıb.

Qurum hər iki hadisə ilə bağlı etika və intizam müfəttişləri təyin edib. Onlar baş verənləri araşdıracaq, mövcud sübutları və insidentlərin bütün təfərrüatlarını öyrənəcəklər.

UEFA araşdırmaların nəticələrinə uyğun olaraq intizam qaydaları çərçivəsində müvafiq qərar qəbul edəcək.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın