Gürcüstanın Ankaradakı səfiri Arçil Kalandia Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Realist.az xəbər verir ki, görüşdə Batumidə keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” futbol matçı zamanı baş verən insidentlər müzakirə olunub.
Türkiyə tərəfi hadisələrlə bağlı narazılığını səfirin diqqətinə çatdırıb və mövqeyini əsaslandıran müxtəlif sübutlar təqdim edib.
Bildirilib ki, insidentin bütün təfərrüatları hərtərəfli araşdırılmalıdır. Eyni zamanda, Türkiyə vətəndaşlarına qarşı qeyri-mütənasib güc tətbiqinə və müdaxiləyə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsi tələb olunub.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


