Müvəqqəti işğal altında olan ərazilərdən, eləcə də Rusiyadan daha 9 ukraynalı uşaq vətənlərinə qaytarılır.
“Aktual Xəbər” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “Telegram” kanalında məlumat yayıb.
Prezidentin sözlərinə görə, geri qaytarılan uşaqlar Xerson, Zaporojye və Krımdandır. Onların arasında nəvəsini müşayiət edən nənə və xüsusi qayğıya ehtiyacı olan Oleşki uşaq evinin sakini Anastasiya da var.
Zelenski bildirib ki, uşaqların hamısına zəruri dəstək göstəriləcək. O, prosesə verdiyi dəstəyə və vasitəçiliyə görə ABŞ-nin birinci xanımı Melaniya Trampa, eləcə də Ukrayna ombudsmanına və onun komandasına təşəkkür edib.
Ukrayna lideri uşaqların geri qaytarılması istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın davam etdiyini vurğulayıb.
Onun sözlərinə görə, indiyədək ümumilikdə 2875 ukraynalı uşaq geri qaytarılıb. Zelenski bütün uşaqların tapılaraq ailələrinə və doğmalarına qovuşdurulması üçün səylərin davam etdiriləcəyini bildirib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


