Bərdə rayonunda gənc ailə üzvlərinin dəm qazından zəhərlənməsi ölümlə nəticələnib.
Realist.az xəbər verir ki, hadisə rayonun Əliyanlı kəndi ərazisində qeydə alınıb.
Hadisənin təfərrüatları
Məlumata görə, kənd sakinləri — 2003-cü il təvəllüdlü İmaməliyev Kənan İmaməli oğlu və həyat yoldaşı, 2008-ci il təvəllüdlü Hüseynova Pərvanə Arzuman qızı yaşadıqları fərdi yaşayış evində dəm qazından zəhərləniblər:
-
Hər iki şəxs təcili olaraq xəstəxanaya çatdırılıb;
-
Həkimlərin səylərinə baxmayaraq, Pərvanə Hüseynova xəstəxanada dünyasını dəyişib;
-
Kənan İmaməliyevin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


