Rusiyanın İrandakı səfiri Aleksey Dedov ABŞ-nin Cənubi Qafqazdakı fəaliyyətini regiona öz arzuladığı qayda-qanunları diktə etmək və tarix boyu formalaşmış əlaqələri zəiflətmək cəhdi kimi qiymətləndirib.
Realist.az xəbər verir ki, diplomat bu barədə İranın “Farhikhtegan” qəzetinə verdiyi müsahibədə bildirib.
Vaşinqtonun regiondakı əsas hədəfləri nədir?
A.Dedovun sözlərinə görə, Vaşinqtonun Cənubi Qafqazdakı siyasəti bir neçə strateji məqsədə xidmət edir:
-
Rusiya və İranın sıxışdırılması: ABŞ bu iki ölkəni regiondan kənarlaşdırmağa və onların sərhədləri yaxınlığında öz nəzarəti altında olan infrastruktur yaratmağa çalışır (səfir buna misal olaraq regionda həyata keçirilən TRIPP layihəsini göstərib);
-
Sərhədlərdə möhkəmlənmək: Vaşinqton ilk növbədə İranın Ermənistanla şimal sərhədlərində öz hərbi-siyasi mövcudluğunu gücləndirməyə cəhd edir;
-
Strateji dəhlizə nəzarət: ABŞ eyni zamanda Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat marşrutunu nəzarətə götürməyi hədəfləyir ki, “Tramp marşrutu” da bu şəbəkənin bir hissəsinə çevrilməlidir.
Səfir əlavə edib ki, kommunikasiya və nəqliyyat marşrutlarının blokdan çıxarılması üzrə kompleks həll yollarının axtarışı ABŞ-nin planlarında yalnız ikinci dərəcəli yer tutur.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


