Fələstin, İsrailin işğal altındakı Şərqi Qüds ilə Qərb Sahilini ayırmağı hədəfləyən “E1” məskunlaşma layihəsini kəskin şəkildə pisləyib. Fələstin Xarici İşlər Nazirliyi layihənin Qüdsü izolyasiya edərək Fələstin dövlətinin qurulma imkanlarını məhv edəcəyini bildirib və beynəlxalq ictimaiyyəti İsrailə qarşı real müdaxilə və sanksiyalara çağırıb.

Nazirlik, E1 bölgəsində minlərlə yeni yaşayış vahidinin tikintisinin fələstinlilərin torpaqlarından köçürülməsinə, şəhərin milli kimliyinin dəyişdirilməsinə və ərəb, müsəlman, xristian irsinin silinməsinə xidmət etdiyini vurğulayıb.

BMT, işğal altındakı ərazilərdə İsrail məskunlaşmalarını qanunsuz hesab edir. 2024-cü ilin iyulunda Beynəlxalq Ədalət Məhkəməsi İsraildən yeni məskunlaşmaları dayandırmağı və işğal edilmiş torpaqları boşaltmağı tələb etsə də, İsrail bu qərarı rədd edib.

Yenifikir.media

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın