“Report”un ABŞ bürosu xəbər verir ki, hər iki ölkənin bayraqları artıq Ağ Evin giriş qapısına gətirilib. Təhlükəsizlik tədbirləri gücləndirilib, qarovul düzülüb və hazır vəziyyətə gətirilib.

Görüşdə ABŞ Prezidenti Donald Tramp ilk olaraq Ermənistanın Baş naziri Nikol Paşinyanı salamlayacaq və sonra Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Bu, iki ölkə liderləri arasında uzun müddətdir gözlənilən bir görüşdür və regionda sülhün bərqərar olması üçün mühüm addım kimi qiymətləndirilir.

Tədbir Ağ Evdə yüksək səviyyəli təhlükəsizlik və rəsmi mərasimlə müşayiət olunacaq. Liderlərin görüşündən sonra daha geniş açıqlamaların verilməsi gözlənilir.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın