“Fənərbaxça”dan qalmaqallı şəkildə ayrıldıqdan sonra “Benfika”nın baş məşqçisi təyin olunan Jose Mourinyo Portuqaliya çempionatında “Porto” ilə başa çatan heç-heçədən sonra mətbuat konfransında diqqətçəkən anlar yaşayıb.

Yenifikir.media bildirir ki, konfrans zamanı baş məşqçiyə “Benfika sizi baş məşqçi gətirmək üçün çox pul xərcləyib” sualı verilib. Mourinyo isə buna belə cavab verib:

“Sən nə qədər qazanırsan?”

Jurnalist: “Hörmətsizlik etdim?”

Mourinyo: “Mən də sənə etmədim. Siz həmişə başqasının qazancını hesablayırsınız!”

Qeyd edək ki, “Benfika” son üç oyunda ikinci dəfə xal itirərək 18 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

Çempionlar Liqasındakı çıxışı da demək olar heç ürəkaçan deyil.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın