ABŞ Kolumbiya prezidenti Qustavo Petroya qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Nazir Skoott Bessent bildirib ki, Petro narkokartellərin fəaliyyətinə göz yumub və onları dayandırmaqdan imtina edib. Onun sözlərinə görə, Prezident Donald Tramp ölkəsini qorumaq üçün qəti addımlar atır və narkotik qaçaqmalçılığına dözməyəcək.

Qeyd edək ki,Tramp daha əvvəl də Petronu “bandit və vicdansız” adlandırmış, Kolumbiyada kokain istehsalının rekord həddə çatdığını vurğulamışdı.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın